Anna Akopyan Qarabağ ermənilərini qınadı: "Uşaqların arxasında gizlənməyin!"

“2020-ci il dekabrın 25-də Ermənistan KİV-i bu başlıqlı materiallarla dolmuşdu: “Xankəndində qalmaqal. Qarabağ sakinlərinin xahişi ilə Anna Akopyanın fondu tərəfindən quraşdırılan çadırlar və milad yolkası sökülüb”.
Həqiqətən də, yolka və uşaq pavilyonlarını sökdülər, tədbir ləğv olundu. Kiçik qəlblərinə müharibənin bütün qəddarlıqlarını sığdıran uşaqlara üçgünlük də olsa acı həqiqətdən qopmağa qoymadılar. Böyüklər, anladığınız kimi, qəlbsizdir. Özü də onlardan bu heç tələb də olunmurdu. Onlar nə plastilindən evciklər qurmalı, nə kimyəvi təcrübələr aparmalı, nə də nağıllar danışmalı idilər. Onlardan övladlarını evə gətirmələri tələb olunub.
Bir sözlə, böyüklərin uşaqlara qarşı daha eqoist davranışını təsəvvür etmək mümkünsüz görünürdü. Ancaq sadəcə görünürdü.
İndi də həmin böyüklər eyni uşaqların əllərinə ürəkağrıdan qeydlər verir, yolkaların qarşısında durub şəkil çəkdirirlər. Göz yaşı tökən mətnləri öyrədir və videoya çəkir, onlarla müxtəlif aksiyalar təşkil edir, mərhəmət hissini oyatmaq və çadırları sökmək üçün dünyanın hər yerinə aparırlar.
Atalar və analar 3, 4, 5 yaşlı uşaqları aşağıdakı xarakterli mətnləri nümayişə məcbur edirlər: "Həyat yolunu aç, mən yaşamaq istəyirəm", "Qayğısız Artsaxım üçün darıxıram", "Biz sadəcə burada yaşamaq istəyirik", "Artsax var və həmişə olacaq", "Artsax mənim ruhum və ürəyimdir" və s.
Uşaqların ərazi məsələlərindən başı çıxmır, suallar isə mütləq ortaya çıxacaq. Onlar heç vaxt başa düşməyəcəklər ki, Xankəndinin mərkəzində qurulmuş bayram çadırları necə oldu ki, atalar və anaları tərəfindən bu qədər asanlıqla söküldü. Bu sual, şübhəsiz ki, böyüklərə ünvanlanacaq və çətin ki, təsəlliverici cavab tapa biləcəklər.
Bir gün biz nəhayət, uşaqların və 18-20 yaşlı əsgərlərin arxasında gizlənməyi dayandıracağıq. Və o gün nə qədər tez gəlsə, faciələrimiz bir o qədər tez bitəcək".
Şahanə Rəhimli
AzVision.az
Teqlər: