Liderlərin MDB sammiti çərçivəsində görüşü planlaşdırılmır - Peskov

   Liderlərin MDB sammiti çərçivəsində görüşü planlaşdırılmır -    Peskov
  25 Dekabr 2022    Oxunub:1116
Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi sammiti çərçivəsində Rusiya, Azərbaycan prezidentləri və Ermənistanın baş nazirinin üçtərəfli görüşü nəzərdə tutulmayıb.
Bunu “İnterfaks”a Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Onlar olacaq, lakin üç nəfərlik görüş nəzərdə tutulmayıb", - Peskov bildirib.

Bundan əvvəl Rusiya liderinin mətbuat katibi Ermənistanın baş naziri, Rusiya və Azərbaycan prezidentlərinin üçtərəfli görüşünün razılaşdırılmadığını, üç ölkə liderinin MDB-nin qeyri-rəsmi sammiti çərçivəsində danışa biləcəyini bildirmişdi.

Xatırladaq ki, oktyabrın 31-də Soçidə Ermənistan, Rusiya və Azərbaycan liderlərinin iştirakı ilə üçtərəfli sammit keçirilib. Danışıqların yekunu üzrə birgə bəyanat qəbul edilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti