Çilidə meşə yanğınında 2 nəfər ölüb, 30 nəfər yaralanıb

Çilidə meşə yanğınında 2 nəfər ölüb, 30 nəfər yaralanıb
  24 Dekabr 2022    Oxunub:756
Çilinin Vina del Mar kurort şəhərində meşə yanğını nəticəsində azı iki nəfər ölüb, daha 30 nəfər yanıq xəsarətləri alıb.
AzVision.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Şəhərdə 130-a yaxın ev tamamilə dağılıb.

Yanğın saatda 50 km-ə çatan güclü küləyin təsirindən sürətlə yayılaraq, təxminən 125 hektar ərazini əhatə edib. Bir neçə rayonun sakinləri təxliyə edilməli olub.

Çili Prezidenti Qabriel Boric ölkədə fövqəladə vəziyyət elan edib.

AzVision.az



Teqlər: Çili   Meşə-Yanğınları  





Xəbər lenti