ABŞ-da qar fırtınasında 15 nəfər ölüb

ABŞ-da qar fırtınasında 15 nəfər ölüb
  24 Dekabr 2022    Oxunub:856
ABŞ-da qar fırtınası nəticəsində ölənlərin sayı 15-ə çatıb.
AzVision.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Bildirilib ki, əlverişsiz hava şəraiti nəticəsində Ohayo, Kentukki, Missuri, Tennessi, Kanzas və Nyu-York ştatlarında daha çox insan ölüb.

“Flyaware.com” portalının məlumatına görə, ABŞ-da pis hava şəraitinə görə, 1,8 mindən çox reys təxirə salınıb. Pis hava şəraiti ölkənin mərkəzi və şərq hissələrində təqribən 175 milyon amerikalıya təsir edib.

AzVision.az



Teqlər: ABŞ   Fırtına  





Xəbər lenti