Litva Ukraynaya hərbi yardımını artırır

Litva Ukraynaya hərbi yardımını artırır
  24 Dekabr 2022    Oxunub:954
Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasından sonra Litvanın Kiyevə verdiyi silah və hərbi texnikanın tədarükü ilə bağlı yardım 2023-cü ildə maliyyə baxımından 300 milyon avronu keçəcək.
AzVision.az xəbər verir ki, bu barədə Litvanın müdafiə naziri Arvidas Anuşauskas ELTA agentliyinə müsahibəsində bildirib.

“2023-cü ildə Ukraynaya 40 milyon avro məbləğində hərbi yardım planlaşdırılıb. Münaqişə başlayandan bəri biz Ukraynaya 283 milyon avro məbləğində hərbi yardım göstərmişik. Beləliklə, ümumilikdə yardım 300 milyon avronu keçəcək”, - o deyib.

Nazir 2023-cü ildə tədarüklərin nələrdən ibarət olacağını dəqiqləşdirməyib.

“Bunun təfərrüatını açıqlamaq hələ tezdir, lakin bunlar daha əvvəl etdiyimiz tədarükün təxminən eynisi olacaq”, - nazir söyləyib.

Qeyd edək ki, rəsmi Vilnüs Ukraynanı hava hücumundan müdafiə sistemləri, piyadalar üçün atıcı silahlar, tank əleyhinə silahlar, minaatanlar, pulemyotlar, haubitsalar, zirehli texnika, o cümlədən 62 ədəd “M-113” zirehli nəqliyyat vasitəsi ilə təchiz edib.

AzVision.az



Teqlər: Litva   Ukrayna  





Xəbər lenti