İranda edama məhkum edilən 2 nəfərin işinə yenidən baxılacaq

İranda edama məhkum edilən 2 nəfərin işinə yenidən baxılacaq
  24 Dekabr 2022    Oxunub:864
İranda etirazlara görə edam cəzasına məhkum edilən Məhəmməd Kobadlu və rep ifaçısı Saman Səidinin (Yasin) yenidən mühakimə tələbi qəbul edilib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Mizan Xəbər Agentliyi məlumat yayıb.

Agentlik Kobadlu və Səidinin İnqilab Məhkəməsinin verdiyi edam hökmünə qarşı apellyasiya şikayətinin yekunlaşdığını açıqlayıb.

Qərara uyğun olaraq, hər iki şəxsin materialların ölüm hökmü çıxarılan məhkəməyə geri göndəriləcək və işə həmin məhkəmə tərəfindən yenidən baxılacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti