"Ata, bu qələbəni səmadan qeyd edirsən" - Maradonanın oğlu

 "Ata, bu qələbəni səmadan qeyd edirsən" -    Maradonanın oğlu
  20 Dekabr 2022    Oxunub:1121
Əfsanəvi futbolçu Dieqo Maradonanın oğlu kiçik Dieqo Armando Argentina millisinin DÇ-2022-nin qalibi olması haqda fikirlərini bildirib.
AzVision.az xəbər verir ki, o, sosial şəbəkə hesabında bu barədə yazıb:

“Mən Lionel Messinin adına xoşbəxtəm. Çünki bu kuboku Messidən çox qaldırmağa heç kim layiq deyildi. Xalqım və ölkəm üçün də xoşbəxtəm.

Ata, sən bu qələbəni səmadan qeyd edirsən. Səni nə qədər qucaqlamaq istədiyimi bilirsən”.

Xatırladaq ki, Argentina finalıda Fransanı penaltilər seriyasında məğlub edərək (3:3, penaltilər – 4:2), tarixində üçüncü dəfə dünya çempionatının qalibi olub.

AzVision.az



Teqlər:





Xəbər lenti