Finalın ən yaxşı futbolçusu

   Finalın ən yaxşı futbolçusu
  18 Dekabr 2022    Oxunub:752
DÇ-2022-nin final mərhələsinin Argentina - Fransa matçının ən yaxşı oyunçusu müəyyənləşib.
AzVision.az xəbər verir ki, Argentina millisinin hücumçusu Lionel Messi matçın ən yaxşısı seçilib.

Qeyd edək ki, 35 yaşlı oyunçu sözügedən görüşdə het-trikə imza atıb.

Xatırladaq ki, Argentina - Fransa matçının əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Komandalar əlavə vaxtda hərəyə daha 1 qol vurduqları üçün qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq olan Argentina 4:2 hesabı ilə qalib gələrək dünya çempionu olub.

AzVision.az


Teqlər:





Xəbər lenti