İlham Əliyev: "Hazırda Zəngəzur dəhlizinin açılması ilə fəal məşğuluq"

      İlham Əliyev:    "Hazırda Zəngəzur dəhlizinin açılması ilə fəal məşğuluq"
  14 Dekabr 2022    Oxunub:1156
"2022-ci ilin ilk 10 ayında Azərbaycan ərazisindən keçən ümumi tranzit daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 faizdən çox artmışdır".
AzVision.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin geniş tərkibdə görüşündə çıxışı zamanı deyib.

"Hazırda Zəngəzur dəhlizinin açılması ilə fəal məşğuluq. Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub. Bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu həcmin 25 milyon tona çatdırılması üçün vəsaitin ayrılması nəzərdə tutulur", - dövlət başçısı bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti