“Təəssüf ki, dünən yuxu bitdi" - Ronaldo

   “Təəssüf ki, dünən yuxu bitdi" -    Ronaldo
  11 Dekabr 2022    Oxunub:1052
“Portuqaliya ilə dünya kubokunu qazanmaq karyeramın ən böyük və ən iddialı arzusu idi. Xoşbəxtlikdən bir çox beynəlxalq titullar qazandım. O cümlədən Portuqaliya yığması da. Lakin ölkəmizi dünyada ən yüksək səviyyəyə qaldırmaq mənim ən böyük arzum idi”.
AzVision.az xəbər verir ki, bu sözləri Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo sosial şəbəkə hesabında yazıb.

Portuqaliyanın DÇ-2022-də mübarizəni dayandırmasına münasibət bildirən 37 yaşlı hücumçu komandasının mundialın qalibi olmaq üçün çox çalışdığını qeyd edib: “Bu arzum üçün çox şey verdim. Son 16 ildə iştirak etdiyim 5 dünya çempionatında milyonlarla portuqaliyalının dəstəyi ilə həmişə böyük oyunçuların yanında olmuşam və bütün gücümü ortaya qoymuşam. Hər şeyi meydanda buraxdım”.

Ronaldo Portuqaliya millisində özünü döyüşçüyə bənzədib: “Təəssüf ki, dünən yuxu bitdi. Mən sadəcə hər kəsin bilməsini istəyirəm ki, çox deyilib, çox yazılıb, amma mənim Portuqaliyaya olan bağlılığım bir an belə dəyişməyib. Mən həmişə növbəti döyüşçü olmuşam və heç vaxt yoldaşlarımdan və ölkəmdən üz döndərməmişəm.

Hazırda daha deməyə sözüm yoxdur. Təşəkkürlər Portuqaliya. Təşəkkürlər Qətər. Yuxu davam edərkən gözəl idi. İndi fırtınanın səngiyəcəyinə ümid etmək lazımdır. Bundan sonra hər kəs öz nəticələrini çıxaracaq”.

Xatırladaq ki, Portuqaliya DÇ-2022-nin 1/4 finalında gözlənilmədən Mərakeşə uduzaraq (0:1) mübarizəni dayandırıb.

AzVision.az


Teqlər:





Xəbər lenti