Bu torpaqlardan icarə haqqı alınmayacaq

Bu torpaqlardan icarə haqqı alınmayacaq
  09 Dekabr 2022    Oxunub:1050
Azərbaycan Respublikasının Nazirlər Kabineti “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddinin müəyyən edilməsi barədə” 2000-ci il 23 dekabr tarixli Qərarında dəyişiklik edib.
Nazirlər Kabinetindən bildirilib ki, bununla bağlı Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, enerji mənbələri (külək və günəş) üzrə qoyuluş gücü 100 meqavat və daha çox olan elektrik stansiyalarının tikintisi və istismarı ilə əlaqədar investorların icarəsinə verilən dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi sıfır əmsalı tətbiq edilməklə hesablanacaq. Qərar 2023-cü il yanvarın 1-dən qüvvəyə minəcək.

AzVision.az



Teqlər:





Xəbər lenti