Neft qiymətləri bahalaşıb

Neft qiymətləri bahalaşıb
  09 Dekabr 2022    Oxunub:826
Dünya birjalarında neft qiymətləri bahalaşıb.
AzVision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,46 dollar artaraq 76,61 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,45 dollar bahalaşaraq 71,91 dollar olub.

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,26 ABŞ dolları, yaxud 2,81 % azalaraq 78,07 ABŞ dolları təşkil edib.

AzVision.az



Teqlər:





Xəbər lenti