Vurduğu təpiyə görə üzr istədi

Vurduğu təpiyə görə üzr istədi
  06 Dekabr 2022    Oxunub:930
Kamerun Futbol Federasiyasının prezidenti Samuel Eto'o yutuberi döydüyünə görə üzr istəyib.
AzVision.az xəbər verir ki, Kamerun millisinin sabiq hüçumçusu bu barədə sosial şəbəkə hesabında yazıb:

“Özümü itirdiyimə və mənə xas olmayan reaksiya verdiyimə görə üzr istəyirəm. Bu xoşagəlməz hadisəyə görə ictimaiyyətdən üzr istəyirəm.

Mən bəzi Əlcəzair azarkeşlərinin amansız təxribatlarına və gündəlik təqiblərinə müqavimət göstərməyə davam edəcəyəm. Kamerun - Əlcəzair oyunundan sonra təhqirlər və saxtakarlıq ittihamları hədəfinə çevrildim. Kamerunlu azarkeşlər də eyni səbəbdən əlcəzairlilər tərəfindən sıxışdırılıb. Mən Əlcəzair hakimiyyətini və Əlcəzair Futbol Federasiyasını qeyri-sağlam atmosferə son qoymaq üçün hərəkətə keçməyə çağırıram”.

Qeyd edək ki, "Barselona" və "İnter"in keçmiş futbolçusu DÇ-20220-nin oyunundan sonra stadionu tərk edərkən bir neçə azarkeş şəkil çəkdirmək üçün ona yaxınlaşıb. Onların arasında kamerası olan əlcəzairli yutuber də olub. Həmin adam Eto'Onu çəkməyə başlayıb. Ancaq bu hərəkəti bəyənməyən FİFA-nın səfiri yutuberin üzərinə hücum çəkib və onu təpiklə vurub.


AzVision.az



Teqlər:





Xəbər lenti