Qətərdə daha bir sensasiya - Mərakeş İspaniyanı udaraq 1/4 finala keçdi

 Qətərdə daha bir sensasiya    - Mərakeş İspaniyanı udaraq 1/4 finala keçdi
  06 Dekabr 2022    Oxunub:868
Mərakeş millisi Qətərdə keçirilən dünya çempionatında 1/4 finala vəsiqə qazanıb.
AzVision.az -ın məlumatına görə, Afrika təmsilçisi 1/8 finalda İspaniyanı mübarizədən kənarlaşdıraraq, adını növbəti mərhələyə yazdırıb.

Matçın əsas və əlavə vaxtında hesab açılmayıb. Penaltilər seriyasında daha dəqiq oynayan (3:0) mərakeşlilər 1/4 finala adlayıb.

Qeyd edək ki, Mərakeş yığması növbəti raundda Portuqaliya - İsveçrə cütünün qalibi ilə qarşılaşacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti