Neymarın Peleyə çatmağına bir qol qalıb

   Neymarın Peleyə çatmağına bir qol qalıb
  06 Dekabr 2022    Oxunub:652
Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində Cənubi Koreya ilə oyunda Braziliya yığmasının heyətində 76-cı qolunu vuran Neymar əfsanəvi Pelenin rekorduna bir addım da yaxınlaşıb.
PSJ-nin oyunçusu daha bir dəfə fərqlənsə, millinin heyətindəki qolların sayına görə Pele ilə rekorda şərik olacaq. Bundan əlavə, sözügedən oyunda Neymar və "pentakampeonlar"ın digər hücumçusu Vinisyus Junior unikal nailiyyətə imza atıblar.

Belə ki, dünənki matçda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalan Neymar tarixdə üç mundialda adını tabloya yazdıran üçüncü braziliyalı olub. 30 yaşlı forvard DÇ-2014 və DÇ-2018-də də fərqlənməyə macal tapıb. Ona qədər Pele (1958, 1962, 1966, 1970) və Ronaldo (1998, 2002, 2006) minimum üç dünya çempionatında qol vurub.

AzVision.az


Teqlər:





Xəbər lenti