Ronaldo yeni ildən "Əl Nassr"də oynayacaq

   Ronaldo yeni ildən "Əl Nassr"də oynayacaq
  05 Dekabr 2022    Oxunub:1604
2022-ci il dünya çempionatında iştirak üçün Qətərdə səfər edən portuqaliyalı ulduz Kriştiano Ronaldonun yeni komandası və maaşı açıqlanıb.
AzVision.az xəbər verir ki, məşhur jurnalist Piers Morqanla müsahibədən sonra klubu ilə problem yaşayan Kriştianu Ronaldonun müqaviləsinə "Mançester Yunayted" tərəfindən xitam verilib. Ronaldanın yeni klubunun hansı olacağı ilə bağlı iddialar günlərdir qəzetlərin manşetlərində yer alıb.

İspaniyanın “Marca” qəzetinin məlumatına görə, Kriştiano Ronaldonun yeni komandası “Əl Nassr” olacaq və portuqaliyalı ulduz yanvarın 1-dən Səudiyyə Ərəbistanın yığmasında çıxış edəcək.

Ulduz futbolçunun illik maaşı təxminən 200 milyon avro olacaq. 2,5 illik bağlanan müqavilə ilə Ronaldo dünyanın ən çox maaş alan idmançısı olacaq.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti