Mbappe rekorda imza atıb

Mbappe rekorda imza atıb
  04 Dekabr 2022    Oxunub:418
Fransız hücumçu Kilian Mbappe rekorda imza atıb. O, buna Qətərdə keçirilən mundialın pley-off mərhələsi çərçivəsində oynanılan Fransa – Polşa (3:1) matçında nail olub.
Hücumçu 24 yaşadək futbolçular arasında mundiallarda 9 qol vuran ilk oyunçudur. Qətərdə təşkil olunan dünya çempionatında K.Mbappenin aktivində 5 qol var. O, 2018-ci ildə Rusiyanın ev sahibliyi etdiyi dünya çempionatında 4 qolun müəllifi olub.

Fransa komandası dörddəbir final mərhələsində İngiltərə - Seneqal matçının qalibi ilə qarşılaşacaq. İngiltərə - Seneqal oyunu bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, artıq Niderland və Argentina seçmələri dörddəbir finala vəsiqə qazanıb və bir-birinə rəqib olublar.

AzVision.az

Teqlər:







Xəbər lenti