Neymar Cənubi Koreya ilə oyunu buraxa bilər

Neymar Cənubi Koreya ilə oyunu buraxa bilər
  03 Dekabr 2022    Oxunub:779
Braziliya millisinin futbolçusu Neymar Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində Cənubi Koreya ilə oyunu buraxa bilər.
30 yaşlı hücumçu hələ də kollektivlə birgə məşqlərə qatılmayıb. Yığmanın həkimi Rodriqo Lasmar qrup mərhələsinin ilk turunda Serbiya (2:0) ilə oyunda zədələnərək sonrakı iki görüşü buraxan Neymarın bu gün topla məşqlərə başlayacağını açıqlayıb.

Həkim bildirib ki, Neymarın və digər zədəli futbolçu Aleks Sandronun Cənubi Koreya ilə qarşılaşmada iştirakı bərpa prosesindən asılı olacaq. Qeyd edək ki, DÇ-2022-nin 1/8 final mərhələsinin Braziliya - Cənubi Koreya matçı dekabrın 5-də baş tutacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti