DÇ-2022: Braziliya millisi pley-offda

      DÇ-2022:    Braziliya millisi pley-offda
  28 Noyabr 2022    Oxunub:948
Braziliya millisi Qətərdə keçirilən dünya çempionatında 1/8 finala vəsiqəni təmin edib.
AzVision.az -ın məlumatına görə, "sambaçılar" buna G qrupunun II turunda İsveçrəyə minimal hesabla qalib gəlməklə nail olub. Yeganə qolu 83-cü dəqiqədə Kazemiro vurub.

Bu qələbədən sonra xallarını 6-ya çatdıran Braziliya yığması qrup lideri kimi pley-offa adlayıb. 3 xalı olan İsveçrə seçməsi 2-ci pillədə qərarlaşıb. Kamerun və Serbiya kollektivləri isə hərəyə 1 xalla 3-4-cü yerləri bölüşdürür.

Qeyd edək ki, daha əvvəl Fransa millisi vaxtından əvvəl qrupdan çıxmağı təmin edib.

AzVision.az


Teqlər:





Xəbər lenti