Benzema dünya çempionatına qayıda bilər

Benzema dünya çempionatına qayıda bilər
  28 Noyabr 2022    Oxunub:623
İspaniyanın "Real" futbol komandasının və Fransa yığmasının hücumçusu Kərim Benzema milli komandaya qayıdaraq Qətərdə keçiriləcək dünya çempionatında iştirak edə bilər.
AzVision.az xəbər verir ki, bu barədə RMC məlumat yayıb.

Nəşrin məlumatına görə, hücumçu zədədən gözlənildiyindən daha tez sağalır və həftənin ortalarına qədər o, artıq məşqləri bərpa edə bilər. O, 2022-ci il Dünya Çempionatı üçün heyətdən kənarlaşdırılmayıb, çünki baş məşqçi Didye Deşam əvəzedici oyunçu çağırmamaq qərarına gəlib, ona görə də Qətərə qayıdıb pley-offda oynaya bilər.

AzVision.az


Teqlər:





Xəbər lenti