Türkiyə türkmən qazını Avropaya tədarük etməyə hazırdır

   Türkiyə türkmən qazını Avropaya tədarük etməyə hazırdır
  19 Noyabr 2022    Oxunub:774
Ankara Türkmənistandan Avropaya tranzit təbii qaz tədarük etməyə hazırdır.
Bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentopun Aşqabad səfərinin yekunları üzrə “Neytral Türkmənistan” qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, parlamentin spikeri ölkələr arasında ticarət-iqtisadi sahədə əlaqələrin qurulması üçün geniş perspektivlərin olduğunu qeyd edərək, Türkiyənin Türkmənistan təbii qazını tranzitlə Avropaya tədarük etməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın əvvəlinə planlaşdırılan Aşqabada səfəri zamanı Azərbaycan və Türkmənistan liderləri ilə ölkəsində qaz mərkəzinin yaradılmasını müzakirə etməyi planlaşdırır.

AzVision.az


Teqlər:





Xəbər lenti