"İsraildə səfirliyin açılması əməkdaşlığı genişləndirəcək” - Nazir

"İsraildə səfirliyin açılması əməkdaşlığı genişləndirəcək” -    Nazir
  19 Noyabr 2022    Oxunub:1052
“Azərbaycanın İsraildə səfirliyinin açılması ölkələrimiz arasında əməkdaşlığı genişləndirəcək”.
AzVision.az xəbər verir ki, bunu iqtisadiyyat naziri, Azərbaycan-İsrail hökumətləri arasında Birgə Komissiyanın həmsədri Mikayıl Cabbarov Milli Məclisin Azərbaycanın İsraildə səfirliyinin təsis edilməsi ilə bağlı qərarına münasibət bildirərkən deyib.

Nazir tvitter hesabında yazıb: “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın həmsədri olaraq, Azərbaycanın İsraildə səfirliyinin təsis edilməsinin ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi, iqtisadi-ticarət əlaqələrinin təşviqi və tərəfdaşlığımızın daha da gücləndirilməsi istiqamətində fəaliyyətimizə mühüm töhfə verəcəyinə inanıram”.

AzVision.az



Teqlər: Nazir   İsrail  





Xəbər lenti