Azərbaycanın strateji valyuta ehtiyatları 56,4 milyard dollar olub

   Azərbaycanın strateji valyuta ehtiyatları 56,4 milyard dollar olub
  17 Noyabr 2022    Oxunub:624
"Azərbaycanın yeni strateji inkişaf mərhələsində milli iqtisadiyyatımızın innovasiya yönümlülüyünün və maliyyə dayanıqlılığının gücləndirilməsi, davamlı iqtisadi artım drayverlərinin fəallaşdırılması, azad edilmiş ərazilərimizin sürətli reinteqrasiyası kimi məqsədlərə hədəflənir. Qarşıya qoyulmuş hədəflərə nail olunmasında sahibkarlardan da böyük gözləntilər var".
AzVision.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev Azərbaycan İnvestisiya və Gənc Sahibkarlar Forumunda çıxışı zamanı deyib. Onun sözlərinə görə, ölkəmizdə gənclərin iqtisadi fəallığının artırılması, onların sahibkarlıq fəaliyyətinə cəlb olunması, startapların dəstəklənməsi, investisiya layihələrinin reallaşdırılmasına dövlət tərəfindən geniş dəstək göstərilir.

"Bütün bunların nəticəsidir ki, son illərdə gənc sahibkarların sayının artması müşahidə edilir. Ölkəmizdə həyata keçirilən kompleks tədbirlərin nəticəsidir ki, qlobal müstəvidə geosiyasi gərginliyin artması fonunda 2022-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan iqtisadiyyatında dinamik inkişaf prosesləri bir qədər də intensivləşib. Bu müddətdə ÜDM real ifadədə 5,2 faiz, qeyri neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər isə 9,7 faiz artıb.

Ölkənin strateji valyuta ehtiyatları 56,4 milyard ABŞ dolları təşkil etməklə 2021-ci il üzrə ÜDM-in həcmini ötüb. Xarici ticarət dövriyyəsi 46 milyard ABŞ dollarından artıq olub. 23 milyard ABŞ dollarından çox müsbət saldo formalaşıb. Müsbət dinamika və iqtisadi tərəqqi bütün sahələrin inkişafını, eləcə də ölkənin hərbi gücünün artmasını şərtləndirib".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti