Ronaldo rekord vurdu

Ronaldo rekord vurdu
  30 Aprel 2014    Oxunub:1210
“Real Madrid” klubu “Bavariya” nı məğlub edib finala çıxarkən Kriştiano Ronaldo isə qol rekordu vurdu.
AzVision.az xəbər verir ki, Ronaldo bu oyundan sonra Çempionlar Liqasında bir mövsümdə ən çox qol vuran futbolçu kimi adını futbol tarixinə yazdırıb.

Məşhur futbolçu 1962-63-cü il mövsümündə Milanlı Jose Altafini və 2011-12-cü futbol mövsümündə 14 qol vuran Messinin rekordunu təzələdi. Bununla kifayətlənməyən Ronaldo qol hesabını 16-ya çatdıraraq təkbaşına liderliyi ələ keçirib.

Portuqal futbolçu eyni zamanda Çempionlar Liqasında vurduğu qolların sayını 64-ə çatdırıb. O, yalnız 71 qol vuran Rauldan və 67 qola imza atan Messidən geri qalır.

Emin



Teqlər:  





Xəbər lenti