"Real" finala yüksəldi - Çempionlar liqası

"Real" finala yüksəldi - Çempionlar liqası
  30 Aprel 2014    Oxunub:1198
Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.
AzVision.az-ın məlumatına görə, cavab oyununda "Bavariya" "Real"la qarşılaşıb.

Madriddə rəqibinə 0:1 hesabı ilə uduzan "Bavariya" klubu doğma azarkeşləri önündə məğlubiyyətin əvəzini çıxmağa çalışıb. Lakin Münhendə keçirilən qarşılaşmada qonaqlar rəqibinə heç bir şans verməyib. Oyun "Real"ın 4:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da Madrid klubu finala yüksəlib.

Qeyd edək ki, yarımfinal mərhələsinin digər oyunu "Çelsi" - "Atletiko" (Madrid) matçı isə bu axşam, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Çempionlar Liqası, yarımfinalın cavab oyunları

"Bavariya" (Almaniya) - "Real" (Madrid, İspaniya) - 0:4 (İlk oyun - 0:1)
Qollar: Serxio Ramos, 16 (0:1), 19 (0:2), Ronaldo, 33 (0:3), 90 (0:4)

30 aprel

23:45. "Çelsi" (İngiltərə) - "Atletiko" (Madrid, İspaniya) (İlk oyun - 0:0)


Teqlər:





Xəbər lenti