Luçesku `Qalatasaray`a qayıdır

  29 Aprel 2014    Oxunub : 410
Luçesku `Qalatasaray`a qayıdır
Rumıniya Futbol Federasiyasının sabiq başqanı, hazırda UEFA-da çalıçan Mirça Sandu `Galatasaray` klubunun Mirça Luçesku ilə anlaşdığını açıqlayıb.
Luşesku ilə dost olan Sandu rumın mütəxəssisin yeni sezondan Galatasaraya başçılıq edəcəyini bəyan edib.

Hazırda Mirça Luseku Ukraynanın `Şaxtyor`unu çalışdırır.

Yada salaq ki, `Qalatasaray` rəhbərliyi Luçeskunu çox haqsız şəkildə, heç bir səbəb olmadan, sadəcə Fatih Terimi gətirmək üçün komandadan kənarlaşdırmışdı. Həm də komanda çempionluğunu bayram edən gün.

Amma Terim ümidləri doğrultmadı. Luçesku isə 10 ildə `Şaxtyor`la çox uğurlara imza atdı.

Görünür, `Luçe`nin qayıtması həm də Ukraynadakı siyasi böhranla bağlıdır.

AzVision.az

Teqlər: