Bu gecə erkən final olacaq

Bu gecə erkən final olacaq
  29 Aprel 2014    Oxunub:1110
Bu gün Çempionlar Liqasında erkən final yaşanacaq.
AzVision.az xəbər verir ki, “Real Madrid” bu gecə Almaniyanın Münhen şəhərində “Bavariya” klubunun qonağı olacaq. İlk oyun 1:0 hesabıyla isapanların xeyrinə bitib.

Kubokun ən böyük favoritlərindən sayılan “Real Madrid” ilk oyunda məğlub etdiyi son çempion “Bavariya” ilə görüşdə bu hesabı qorumağa çalışacaq. Nəfəs kəsən oyunu ulduzların döyüşü də adlandıra bilərik.


Portuqal hakim Pedro Proencanın idarə etdiyi oyunda ev sahiblərinin itkiləri var. Alkantara, Şaqiri və Badstuber bu matçda forma geyməyəcək.

Almanların əsas silahları Frank Riberi və Robben olacaq. Tomas Müllerdən də bu oyunda çox sürpriz gözlənilir.

Qonaq komanda da isə Jese, Arbeloa və Xadiranın zədəsi tam sağalmayıb. Keçən həftə qripə yoluxan Beylin isə oyuna çıxacağı yalnız baş məşqçinin nə qərar verməsindən aslıdır.

Iki klub arasında Avropa kuboklarında keçirilən 21 oyundan 11-ni “Bavariya”, 8-ni isə “Real Madrid” qazanıb. Iki oyun isə sülhlə bitib. Almanlar 33 qol vurarkən qapılarında 27 qol görüblər.


Emin



Teqlər:  





Xəbər lenti