Del Pyero əlvida dedi

  28 Aprel 2014    Oxunub : 426
Del Pyero əlvida dedi
İtaliya yığmasının və `Yuventus` klubunun canlı əfsanəsi Del Pyero hazırda formasını geyindiyi `Sidney`lə yollarını ayırıb.

AzVision.az xəbər verir ki, məşhur futbolçu 2012-13-cü illər sezonunda transfer olunduğu Avstraliya klubuyla ayrılmağına səbəb kimi dəyişikliyə ehtiyac duyduğunu dilə gətirib.

O, sözlərinə belə davam edib:
“Avstraliyaya əlvida deməyin zamanı çatdı. Asan qərar deyil. Çünki meydanda və xaricində həyatım çox gözəl idi. Ancaq dəyişmə zamanı gəlmişdi. Gələcəyimlə bağlı qərar verməyə zamana ehtiyacım var.”

Del Pyero Sidney formasıyla 48 matça çıxıb və 24 qol vurub.

2006-cı ildə dünya çempionu olan 39 yaşlı futbolçu `Yuventus` formasıyla 4 dəfə İtaliya çempionluğunu, 1996-cı ildə isə Çempionlar Liqasını qazanıb. 1993-2012-ci illərdə geyindiyi `Yuventus` formasıyla 705 oyuna çıxıb və 289 dəfə qol sevincini yaşayıb.

Emin

Teqlər: