“Arsenal” “Lion”un yarımmüdafiəçisi ilə maraqlanır

  28 Aprel 2014    Oxunub : 418
“Arsenal” “Lion”un yarımmüdafiəçisi ilə maraqlanır
İngiltərənin “Arsenal” klubu Fransanın “Lion” klubunun yarımmüdafiəçisi Aleksandr Lakasetlə maraqlanır. Bu barədə AzVision.az “Daily Mail”ə istinadən xəbər verib.

“Arsenal”dan başqa digər ingilis klubları “Liverpul”, “Everton” və “Nyukasl” klubları da 22 yaşlı fransalı ilə maraqlanır.

Qeyd edək ki, Lakasetin “Lion”la olan müqaviləsi 2016-cı ildə bitir. Lakin maliyyə problemləri ilə əlaqədar olaraq klub yaxın transfer mövsümündə oyunçu ilə yollarını ayıra bilər.

Eldar
AzVision.az

Teqlər: