Bakıda Beynəlxalq Caz Günü keçiriləcək

Bakıda Beynəlxalq Caz Günü keçiriləcək
  25 Aprel 2022    Oxunub:1221
Beynəlxalq caz hadisəsinə qatılmaq məqsədilə Mədəniyyət Nazirliyinin təşkilatçılığı altında 29 aprel-2 may tarixlərində Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı və Beynəlxalq Muğam Mərkəzində Beynəlxalq Caz Günü çərçivəsində Azərbaycan cazmenlərinin iştirakı ilə tədbirlər silsiləsi keçiriləcək.
Mədəniyyət Nazirliyindən AzVision.az -a verilən məlumata görə, 2012-ci ildən etibarən UNESCO-nun sülhməramlı səfiri, Hörbi Hənkok Caz İnstitutunun rektoru, dünya şöhrətli caz pianoçusu Hörbi Hənkokun təşəbbüsü ilə UNESCO-nun təşkilatçılığı altında 30 aprel tarixində “Beynəlxalq Caz Günü” qeyd olunur.

Keçirildiyi ilk ildən etibarən Azərbaycan bu ümumdünya əhəmiyyətli caz hadisəsinə qoşulub və 2012-ci, 2015-ci illərdə bu beynəlxalq caz forumunda iştirak edib. 2017-ci ildən etibarən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və bir sıra şirkətlər qrupunun təşkilatçılığı altında Bakı şəhərində Beynəlxalq Caz Günü qeyd olunur.

AzVision.az


Teqlər:





Xəbər lenti