Boksçumuz dünya birinciliyinə qələbə ilə başladı

Boksçumuz dünya birinciliyinə qələbə ilə başladı
  15 Aprel 2014    Oxunub:1298
Bu gün Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə gənclər arasında dünya birinciliyinə start verilib.

AzVision Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, Azərbaycan idmançılarından bu gün yalnız Məsud Yusifzadə (52 kq) rinqə çıxıb. Gənclər arasında Avropa birinciliyinin mükafatçısı yaponiyalı Kantaro Juri üzərində qələbə qazanıb.

Həmyerlimiz 1/16 funal mərhələsində Kanada təmsilçsi Adrian Halfordla üz-üzə gələcək.

Sabah boksçularımızdan Tayfur Əliyev (56 kq) və Orxan Əliyev (60 kq) rinqə çıxacaqlar. Tayfur yaponiyalı Araşi Morisaka ilə, Orxan isə serbiyalı Florian Saboyla üz-üzə gələcək.

Yeniyetmələrin II Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yarışa aprelin 24-də yekun vurulacaq.


Teqlər:  





Xəbər lenti