Ronaldonun ən bahalı maşınları: "Bugatti", "Ferrari"... - Şəkillər
Ronaldo "Ferrari"nin F12 TDF modelinə görə 485 min dollar xərcləyib. Qeyd etmək lazımdır ki, təcrübəli futbolçu "Ferrari"nin 599 GTO, 599 GTB Fiorano, F430 model avtomobillərinə də sahibdir.
Bir "Bugatti" fanatı olan Ronaldo gördüyünüz bu "Veyron Grand Sport Vitesse" modeli üçün 2,4 milyon dollar pulundan keçib. Onun kolleksiyasında "Bugatti"nin 3,1 milyon dəyərində "Chiron"u da var.
Oyunçunun kolleksiyasında "Mercedes" AMG GLE 63, "Rolls Royce" "Phantom", "Porsche" 911 Turbo S ve "Audi" RS7 də yer alıb.
Gördüyünüz bu "Chevrolet" markasının "Camaro" modelinin qiyməti 50 min dollar təşkil edir.
Sırada isə 222 min dollar dəyərində "Bentley" var.
Ronaldo kolleksiyasında "Rolls Royce" "Cullinan" almağı da unutmayıb.
Sonda isə Ronaldonun avtomobil kolleksiyasının ən bahalı hissəsi olan növbəti "Bugatti"ni təqdim edirik. Onun qiyməti 12 milyon dollardır.
AzVision.az
Teqlər: