Şəhriyar Məmmədyarov növbəti qələbəsini qazanıb

    Şəhriyar Məmmədyarov  növbəti qələbəsini qazanıb
  29 Yanvar 2022    Oxunub:1321
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Niderlandın Veyk-an-Zeye şəhərində keçirilən "Tata Steel Chess" turnirində XII turun görüşünü keçirib.
AzVision.az xəbər verir ki, rəqib hindistanlı Vidit Santoş Qucrati olub. Qara fiqurlarla oynayan Məmmədyarov 38-ci gedişdə rəqibini məğlub edib.

Bununla da azərbaycanlı qrossmeyster 12 oyundan sonra xalını 7,5-ə çatdırıb və hələlik 2-ci pilləyə yüksəlib.

AzVision.az



Teqlər: Şahmat   Məmmədyarov  





Xəbər lenti