Şahmatçımız Serbiyada keçirilən beynəlxalq turnirin qalibi olub

   Şahmatçımız Serbiyada keçirilən beynəlxalq turnirin qalibi olub
  29 Yanvar 2022    Oxunub:1193
Azərbaycan şahmatçısı Fərid Orucov Serbiyanın Novi Sad şəhərində keçirilmiş şahmat üzrə beynəlxalq turnirin qalibi olub.
AzVision.az xəbər verir ki, təmsilçimiz səkkiz turdan altı xal toplayaraq yarışın qalibi olub. İkinci yerə beş xalla yerli idmançı Sinisa Drazic layiq görülüb. Üçüncü pillədə isə Bosniya və Hersoqovina təmsilçisi Zoran Runic qərarlaşıb. İsveçrə sistemi üzrə keçirilən yarışda 12 şahmatçı iştirak edib ki, onlardan da dördü qrossmeyster olub.

AzVision.az



Teqlər: Şahmat   Çempion  





Xəbər lenti