Rus xokkeyçilərin virusa yoluxması olimpiya oyununu təxirə saldı

Rus xokkeyçilərin virusa yoluxması olimpiya oyununu təxirə saldı
  29 Yanvar 2022    Oxunub:1124
Pekinin Olimpiya kəndində olan iki rusiyalı xokkeyçi koronavirusa yoluxub. AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
- İki oyunçunun testi müsbət çıxıb və onlar Olimpiya kəndində olan otaqlarında qalıblar, - məlumatda deyilir.

İdmançıların xəstələnməsi səbəbindən rusların Çexiya yığması ilə oyunu da ləğv edilib. Oyun bu gün baş tutmalı idi.

Xatırladaq ki, bundan öncə, yanvarın 26-da rusiyalı bobsleydçi Vasili Kondratenkoda da koronavirus aşkarlanmışdı.

Qeyd edək ki, Olimpiya Oyunları fevralın 4-dən 20-dək Pekində keçiriləcək. Həkimlər yanvarın 26-da yarışa gələnlərdən 13 nəfərdə koronavirus aşkarlayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti