Şəhriyar Məmmədyarov Karlsenə uduzub

Şəhriyar Məmmədyarov Karlsenə uduzub
  25 Yanvar 2022    Oxunub:1163
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Niderlandın Veyk-an-Zeye şəhərindəki "Tata Steel Chess" turnirində növbəti görüşünü keçirib.
AzVision.az -ın məlumatına görə, 37 yaşlı qrossmeyster XIX turda norveçli dünya çempionu Maqnus Karlsenlə qarşılaşıb. Qara fiqurlarla oynayan Məmmədyarov 26-cı gedişdə rəqibinə uduzub.

Bu nəticədən sonra xallarını 6,5-ə çatdıran Karlsen vahid lider olub. 5,5 xalı olan Məmmədyarov isə 3-cü pillədə qərarlaşıb.

AzVision.az



Teqlər: Şahmat  





Xəbər lenti