Büdcənin təxminən 16 faizi Gömrük Komitəsi hesabına formalaşacaq

Büdcənin təxminən 16 faizi Gömrük Komitəsi hesabına formalaşacaq
  24 Yanvar 2022    Oxunub:659
Bu il dövlət büdcəsinin 15,9 faizi Dövlət Gömrük Komitəsi tərəfindən daxilolmalar hesabına formalaşacaq.
AzVision.az xəbər verir ki, bu barədə Lənkəran şəhərində Dövlət Gömrük Komitəsi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə kütləvi informasiya vasitələrinin nümayəndələri üçün nəzərdə tutulan “Gömrük sistemində islahatlar: Nəticələr, perspektivlər” mövzusunda keçirilən təlimdə Komitənin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Gömrük ödənişlərindən azadolmalara nəzarət şöbəsinin rəisi Faiq Orucov deyib.

O bildirib ki, dövlət büdcəsinin gəlirlərinin 47,4 faizinin Dövlət Neft Fondu tərəfindən ayrılan tranfertlər, 32,9 faizinin Dövlət Vergi Xidməti tərəfindən daxilolmalar hesabına formalaşması nəzərdə tutulub.

Bəxtiyar Məmmədov
AzVision.az



Teqlər: DGK  





Xəbər lenti