"Məqsədimiz sahəvi jurnalistikanı inkişaf etdirməkdir" - Natiq Axundov

"Məqsədimiz sahəvi jurnalistikanı inkişaf etdirməkdir" -    Natiq Axundov
  24 Yanvar 2022    Oxunub:2666
“Ümidvarıq ki, tədbirimiz gələcəkdə sahəvi jurnalistikanın inkişafına öz töhfəsini verəcək”. AzVision.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov jurnalistlərə verdiyi açıqlamada deyib.
O, jurnalistlər üçün təşkil edilən təlimə Medianın İnkişafı Agentliyinin (MEDİA) dəstək verdiyini söyləyib.

- Bu iki günlük tədbir çərçivəsində KİV nümayəndələrinə son illərdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Gömrük sistemində aparılan islahatlar və onun perspektivləri, nəticələri, gələcək hədəflər barəsində məlumatlar verəcəyik. Eyni zamanda bu tədbiri təşkil etməkdə ikinci əsas məqsədimiz ondan ibarətdir ki, sahəvi jurnalistikanın inkişafı ilə bağlı müəyyən formalaşdırmalar aparaq. Tədbirin keçirilməsində bizə dəstək olan Medianın İnkişafı agentliyinə dərin təşəkkürümüzü bildiririk. Onla bizə bu işdə yardımçı oldular. Gömrük spesifik bir sahə olduğu və burada sahəvi jurnalistikaya həqiqi mənada ehtiyac olduğu üçün ümidvarıq ki, tədbir gələcəkdə sahəvi jurnalistikanın inkişafına öz töhfəsini verəcək. Bu artıq bizim media nümayəndələri ilə beşinci görüşümüzdür. Budəfəki media təlimin fərqi isə ondan ibarətdir ki, bu tədbiri Medianın İnkişafı Agentliyi ilə birgə təşkil edirik. Bir daha verilən dəstəyə görə onlara təşəkkürümüzü bildirik.



Bəxtiyar Məmmədov
AzVision.az



Teqlər:





Xəbər lenti