Pantiç: `Qarabağ` `Barselona`dan güclü ola bilər

Pantiç: `Qarabağ` `Barselona`dan güclü ola bilər
  07 Aprel 2014    Oxunub:1338
“Oyundan sonra deməyə söz tapmıram. Yetirmələrim yaxşı oynadı. Bəzi epizodlarda hakim düzgün qərarlar vermədi. İlk hissədə hakim oyunu yaxşı idarə etdi, lakin ikinci hissədə tam əksi oldu. Sanki Flavinyoya göstərilən sarı vərəqədən sonra hakimlik bizə qarşı oldu". AzVision.az "Axar.az"a istinadən xəbər verir ki, bu sözləri "Bakı" klubunun baş məşqçisi Milinko Pantiç "Neftçi" ilə oyundan (0:1) sonra deyib. Serbiyalı mütəxəssis "Neftçi"nin meydanında rəqiblərin xal qazanmasını mümkünsüz hesab etdiyini bildirib: "Çətin oyuna hazır idik. “Barselona”nın belə burada xal qazanması çətindir. Məğlubiyyət üzücü olsa da, heç bir futbolçumun zədələnməməsinə, sarı vərəqə limitini doldurmamasına sevinirəm. Tam heyətlə növbəti oyuna hazırlaşacağıq. “Qarabağ” burada dörd qol vurubsa “Barselona”dan daha güclü ola bilər".

Pantiç komandasının rəqibdən üstün oynadığını da vurğulayıb: "İlk hissədə 11 metrlik cərimə zərbəsi var idi, hakim vermədi. Marius Pena bir neçə imkandan istifadə edə bilmədi, olanımız budur. Aparıcı oyunçularımız bu oyunda iştirak etmirdi. Əfran İsmayılov tam hazır olduğu üçün əsas heyətdə meydana çıxmışdı, yaxşı oynadı. Bəlkə də onun yerinə Junioru oynatmalıydım. Bu halda isə meydana 3 yerli futbolçu ilə çıxmalı idim

Qeyd edək ki, Futbol üzrə Azərbaycan çempionatında 29-cu tura yekun vurulub. ANS PRESS-in məlumatına görə, turun son oyun günündə 2 qarşılaşma oynanılıb.

Paytaxt derbisi adlandırılan "Neftçi" və "Bakı" oyunu az qollu olub. Görüş son çempionun 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Zaqatalada keçirilən "Simurq" - "İnter" matçında qonaqlar qələbəyə sevinib.


6 aprel (bazar)

Premyer Liqa, 29-cu tur

"Neftçi" – "Bakı" - 1:0
Qol: Ernest Nfor, 80 (1:0)

"Simurq" – "İnter" - 0:1
Qol: Sxadadze, 74 (0:1)




Teqlər:





Xəbər lenti