Dubayda taksi də internetlə oldu

 Dubayda taksi də  internetlə oldu
  27 Fevral 2014    Oxunub:1256
Cari ilin sonunadək Dubay taksiləri internetə pulsuz çıxışla təchiz ediləcək.
Dubay sakinləri və turistlər şəhər taksilərində pulsuz internetdən istifadə edəcəklər. Bu barədə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “The National” nəşri Dubay Yol və Nəqliyyat İdarəsinin (RTA) nümayəndəsinə istinadən məlumat verib.

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, “Wi-Fi” şəbəkəsinə qoşulma xidməti artıq Dubayın 155 taksisində fəaliyyət göstərməyə başlayıb.

Bu təşəbbüs 2020-ci ildə keçiriləcək “EXPO” beynəlxalq sərgisinə hazırlıq çərçivəsində Dubayda tətbiq ediləcək digər yeniliklərlə yanaşı irəli sürülüb.

Bundan əvvəl 2014-cü ilin yayınadək Dubay taksilərində gediş haqqının ödənilməsi üçün kredit və debet kartlarından, eləcə də ictimai nəqliyyatda gediş kartından istifadə xidmətinin həyata keçiriləcəyi barədə məlumat verilib. Buna qədər şəhər nəqliyyatının xidmətləri üçün yalnız nağd ödənişlər qəbul edilib.

Bundan başqa, ötən ildən Dubayın taksi parkına hibrid mühərriklərlə təchiz edilən avtomobillər daxil olmağa başlayıb. Cari ildə belə avtomobillərin sayı daha 50 ədəd artırılacaq




Teqlər:  





Xəbər lenti