Polis qadınlara qarşı soyğunçuluq edəni tutdu - FOTO

Polis qadınlara qarşı soyğunçuluq edəni tutdu -  FOTO
  22 Mart 2021    Oxunub:1985
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı qadınlara qarşı soyğunçuluq etməkdə şübhəli bilinən vətəndaş Etibar Məmmədov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, qeyd edilən şəxs şəhər ərazisində qadının bankomatdan pul çıxardığını gördükdən sonra onu izləyib və zərərçəkən yaşadığı binaya daxil olduqda E.Məmmədov ona fiziki güc tətbiq edib, cibində olan pulu götürdükdən sonra hadisə yerindən uzaqlaşıb.

Saxlanılan şəxsin ətrafında davam etdirilən istintaq-əməliyyat tədbirləri ilə onun şəhərin 20 Yanvar küçəsində daha bir qadının pul qabını da soyğunçuluq yolu ilə ələ keçirdiyi müəyyən edilib. E.Məmmədov törətdiyi cinayət əməlini etiraf edib və ələ keçirdiyi pulları xərclədiyini bildirib.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.

Həmin şəxsin digər analoji cinayətlər etdiyi istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə, bölmələrinə, habelə “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti