Paytaxt derbisində qalib müəyyənləşmədi -VİDEO

Paytaxt derbisində qalib müəyyənləşmədi -VİDEO
  23 Fevral 2014    Oxunub:1209
Qış fasiləsindən sonra yüz faizlik göstərici ilə irəliləyən "Bakı" “İnter”lə qarşılaşıb.

Bu gün Topaz Premyer Liqasında XXIII turun oyunları keçirilib. AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, qış fasiləsindən sonra yüz faizlik göstərici ilə irəliləyən "Bakı" “İnter”lə qarşılaşıb.

Paytaxt derbisində qalib müəyyənləşməyib. İlk qolu "Bakı" komandası vursada, Vaqif Cavadov "bankir"lərin cavab qoluna imza atıb.

Bu nəticədən sonra "Bakı" turnir cədvəlində 40 xalla üçüncü pillədədir

“İnter” – “Bakı” - 1:1

Qollar: Vaqif Cavadov, 26 - Aleksandar Şoliç, 11




Teqlər:





Xəbər lenti