Alman jurnalı azərbaycanlı dirijordan yazdı

Alman jurnalı azərbaycanlı dirijordan yazdı
  23 Fevral 2014    Oxunub:1306
“Der Westen” nəşri azərbaycanlı dirijorun rəhbərlik etdiyi alman kamera orkestrindən söz açıb.
Almaniyanın məşhur “Der Westen” informasiya portalı istedadlı gənc azərbaycanlı musiqiçi Valid Ağayev haqqında məqalə dərc edib.

Nəşrin bildirdiyinə görə, Atterndorn şəhərinin kamera orkestri yubiley konsertləri silsiləsi hazırlayır. Noyabrın 16-da keçiriləcək ənənəvi payız konserti silsilənin kulminasiyası olacaqdır. “Der Westen” nəşri yazır: “İlk dəfə dirijor pultu arxasında gənc nəslin nümayəndəsi, Azərbaycan əsilli 30 yaşlı Valid Ağayev dayanacaqdır”. Bu ilin yanvarından Atterndorn şəhərinin kamera orkestri V.Ağayevin rəhbərliyi altında yeni musiqi proqramı üzərində işləyir.

“Der Westen” portalı xəbər verir ki, Bakı konservatoriyasının skripka kafedrasında təhsilini başa vuran Valid Ağayev musiqi təhsilini davam etdirmək üçün 2012-ci ildə Almaniyaya gəlmişdir. Hazırda o, Mixael Luiqin rəhbərliyi altında Köln Musiqi Akademiyasının dirijorluq fakültəsində təhsil alır. Nəşr yazır: “Valid Ağayev tələbəlik illərində Bakıda Rosrtropoviç, Vengerov və Spivakov kimi dünya şöhrətli musiqiçilərin rəhbərlik etdikləri müxtəlif orkestrlərdə çalmış, Azərbaycan Dövlət Kamera Orkestrinin improvizator skripkaçısı olub, “Young Euro Classic” ansamblında kamera musiqiçisi qismində çıxış etmiş, habelə Nyu-Yorkda və Parisdə konsertlər verib”.


Teqlər:





Xəbər lenti