Azərbaycanda yeni ədəbi mükafat təsis olundu
Layihə barədə danışan Ş.Sadiq bildirib ki, ədəbiyyatın bütün janrları və ədəbiyyat sahəsində elmi əsərlər üçün nəzərdə tutulan mükafatın Təşkilat Komitəsi bu il sadəcə pyesləri qəbul edəcək. O, vurğulayıb ki, milli ədəbiyyatın inkişafında “Anamın Kitabı” müsabiqəsi yeni nəfəs olacaq:
- Birinci il üçün məhz pyeslərin müsabiqəyə buraxılmasında səbəb Azərbaycan teatrına, kino ssenari yaradıcılığının inkişafına yardım etmək məqsədi daşıyır. Digər tərəfdən, bu müsabiqənin təşkilində milli ədəbiyyatla vəhdət təşkil edən ana dili faktorunu da nəzərə almışıq. Müsabiqə hər il 21 fevral – Beynəlxalq Ana Dili günündən gec olmayaraq elan olunacaq, 1 avqust – Azərbaycan dili və Əlifbası Günündə yekunlaşacaq. Əsərlərin qəbulu mayın 1-də yekunlaşacaq, amma təqdim olunan pyeslər aprelin 1-dən etibarən kitabevim.az saytında yayımlanacaq. Hazırda ilk 4 yerin sahibi üçün 2 min manat həcmində mükafat fondu nəzərdə tutulub. Növbəti illərdə mükafat fondu arta bilər. Builki müsabiqədə I yerin sahibinə min manat və “Anamın Kitabı” Ədəbi Mükafatı, II yer – 500 manat, III və IV yerlərin sahiblərinə isə müvafiq olaraq 300 və 200 manat pul mükafatları təqdim olunacaq.
Ş.Sadiq onu da əlavə edib ki, müsabiqəyə qəbul edilən əsərlərə xüsusi mövzu məhdudiyyəti qoyulmasa da, yazarlar müsabiqənin adının ifadə etdiyi mənaya, ideologiyaya xidmət etməlidir: “Təqdim edilmiş əsərlərin ideyası millətə, vətənə, ana dilinə, dəyərlərə xidmət etməlidir. Müsabiqə 3 mərhələdə keçiriləcək. Əsasnaməyə görə, Münsiflər Heyətinin qiymətləri əsasında hazırlanmış "Uzun siyahı" 1 iyul tarixində elan ediləcək. Elə həmin gündən də, ilk 10 əsər onlayn səsverməyə çıxarılacaq. Onlayın səsvermə iyulun 20-si bitəcək, avqustun 1-ndən gec olmayaraq isə qaliblərin adı ictimaiyyətə açıqlanacaq”.
Layihə müəllifini sözlərinə görə, ilk 10-luğu qazanmış əsərlər bir kitabda çap edilərək, mükafatlandırma günü ictimaiyyətə təqdim ediləcək: “Yeni mükafatın elan edilməsi günü birinci yeri tutmuş əsərin ya səhnələşdirilmiş variantı, ya da filmi ictimaiyyətə təqdim ediləcək. Müsabiqədə iştirak etmək istəyənlər, mayın 1-dən gec olmayaraq öz əsərlərini [email protected] elektron ünvanına göndərə bilərlər”.
Teqlər: