Nazir: "Müəllimlərin sertifikasiyası ilə bağlı konkret tarix müəyyənləşməyib"

      Nazir:    "Müəllimlərin sertifikasiyası ilə bağlı konkret tarix müəyyənləşməyib"
  22 Yanvar 2021    Oxunub:2718
Pandemiya zamanı tətbiq edilən yeniliklərin bir çoxu faydalıdır. Bu seçim alətlərinin çeşidini artırır. Buradan öyrəndiyimiz nəticələr də var. Məktəblərin internet təminatının yaxşılaşması ilə bağlı müzakirələr gedir. İlin sonuna daha yaxşı vəziyyətdə olacayıq.
Azvision.az xəbər verir ki, bunu xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair keçirilən mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, bu dövrdə müəllimlərin işə qəbulu imtahanlarının yalnız Bakıda deyil, bölgələrdə də keçirilməsi təcrübəsi qazanılıb.

“Biz bu təcrübədən istifadə etmək istəyirik. Bu gələcəkdə sıxlığı və idarəetməni asanlaşdırmaq üçün vacibdir. Müəllimlərin sertifikasiyası ilə bağlı konkret tarix müəyyənləşməyib. Lakin bu ilin prioritetləri sırasındadır. Hazırda bununla bağlı hazırlıq işləri aparılır. Bu birdən-birə edilməyəcək və müəllimlərin emosional hazırlığı üçün vaxtları olacaq. Bu ilin birinci yarısında müəllimlərin sertifikasiyası nəzərdə tutulmur”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Müəllim   Sertifikasiya  





Xəbər lenti