125 min tələbə onlayn təhsilə qoşulub

   125 min tələbə onlayn təhsilə qoşulub
  22 Yanvar 2021    Oxunub:1526
Pandemiya ilə əlaqədar bir ildə Azərbaycan təhsilində İKT-nin tətbiqi ilə əlaqədar əsaslı dəyişikliklər baş verib. Bu dəyişikliklər zərurətdən irəli gəlib. Hal-hazırda təhsil alanlardan 1 milyon 400 mindən çoxunun özünəməxsus kabineti var.
Azvision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev ənənəvi tədrisin başlanmasına həsr olunmuş brifinqində deyib. Onun sözlərinə görə, təhsil verənlərin 128 mini artıq qeydiyyatdan keçib.

“Aktiv istifadəçilərin sayı 1 milyon 170 min nəfərdir. Həftəlik dərslərin sayı 6 milyon 200 min olub. Bu qədər onlayn dərs keçmək 1 il bundan öncə təhsil sisteminə aid deyildi. 37 ali təhsil müəssisəsində 125 min tələbə onlayn təhsilə qoşulub”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Pandemiya   Təhsil  





Xəbər lenti