İbtidai təhsil və məktəbəhazırlıq mərhələli şəkildə bərpa edilir

İbtidai təhsil və məktəbəhazırlıq mərhələli şəkildə bərpa edilir
  22 Yanvar 2021    Oxunub:2655
Fevralın 1-dən mərhələli şəkildə tədris bərpa olunur.
Azvision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev ənənəvi tədrisin başlanmasına həsr olunmuş brifinqdə deyib.

Onun sözlərinə görə, fevralın 1-dən Bakı, Sumqayıt şəhərləri və Abşeron yarımadası, eləcə də bütün ölkə ərazisində ibtidai siniflər, məktəbəhazırlıq qrupları və icma əsaslı məktəbəqədər qrupların əyani təhsili qismən başlayır.

“Böyük şəhərlərdə həftədə 3 dəfə olmaqla, digər bölgələrdə sıxlıq imkan verdikcə həftədə 4 və ya 5 dəfə olmaqla tədrisin bərpa olunması ilə bağlı qərar verilib”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Təhsil   Nazir   Məktəb  





Xəbər lenti