Vətən müharibəsində 20 təhsil işçisi şəhid olub

Vətən müharibəsində 20 təhsil işçisi şəhid olub
  19 Yanvar 2021    Oxunub:3850
44 günlük Vətən müharibəsində 20 nəfər təhsil işçisi döyüşlərdə qəhrəmanlıq və şücaət göstərərək şəhidlik zirvəsinə ucalıb.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamları ilə onların hər biri ölümündən sonra müxtəlif dərəcəli medallarla təlif ediliblər.

Şəhid təhsil işçilərindən 19 nəfəri “Vətən uğrunda”, 7 nəfəri “Şuşanın azad olunmasına görə”, 3 nəfəri “Füzulinin azad olunmasına görə”, 2 nəfəri “Xocavəndin azad olunmasına görə”, 4 nəfəri “Cəsur döyüşçü”, 5 nəfəri “Qubadlının azad olunmasına görə”, 4 nəfəri “Döyüşdə fərqlənməyə görə”, 5 nəfəri “Cəbrayılın azad olunmasına görə”, 1 nəfəri “İgidliyə görə”, 1 nəfəri “Hərbi xidmətlərə görə”, 2 nəfəri isə “Laçının azad olunmasına görə” medalları ilə təltif ediliblər.

Azvision.az


Teqlər: Şəhid   Təhsil  





Xəbər lenti