Təhsil işçilərinin həmrəylik görüşü keçirilib

Təhsil işçilərinin həmrəylik görüşü keçirilib
  27 Dekabr 2020    Oxunub:1712
Dekabrın 26-da Təhsil Nazirliyinin dəstəyi ilə “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platforması “Təhsil işçilərinin həmrəylik görüşü”nü təşkil edib.
Azvision.az xəbər verir ki, Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunan görüş müxtəlif ölkələrin təhsil müəssisələrində çalışan həmvətənlərimizin beynəlxalq təhsil təcrübəsini öyrənmək və bölüşmək məqsədi daşıyıb.

Görüş Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

“T-network”un tədqiqat və inkişaf üzrə baş mütəxəssisi Qoşqar Məhərrəmovun və “T-network” koordinatoru Cəfər Mənsiminin moderatorluğu ilə baş tutan görüşdə həmvətənlərimizin yaşadığı ölkədəki məktəb adət-ənənəsi, valideyn, müəllim, şagird əməkdaşlığı istiqamətindəki yanaşmalar, idarəçilik baxışı, təhsilin inkişafı istiqamətində atılan addımlar, ölkəmizlə müqayisədə müşahidə edilən fərqlər ətrafında fikir mübadiləsi aparılıb.

Fikir mübadiləsində Azərbaycandan filologiya elmləri namizədi, Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov, Latviyadan Riqa Klassik Gimnaziyanın direktoru, Latviya Elm və Təhsil Nazirliyinin Məşvərət Şurasının sədri, pedaqoji elmlər doktoru Roman Əliyev, Estoniyadan pedaqoq, “Maraq” məktəbinin yaradıcısı və rəhbəri Sənəm Əliyeva, Özbəkistandan “British School of Tashkent”in fizika müəllimi Ceyhun Cabbarov, Küveytdən “Universal American School”un riyaziyyat müəllimi Mərdan Əliyev, Türkiyədən “Al-Basheer İnternational school”un ingilis dili müəllimi Kəmalə Qasımova, Amerikadan “Tringle Math and Science Academy”in imtahan koordinatoru Əkbər Aslanov iştirak ediblər.

Təhsil Nazirliyinin “Facebook” səhifəsi üzərindən canlı yayımlanan görüşdə sosial şəbəkə istifadəçilərinin sualları da cavablandırılıb.

Azvision.az


Teqlər: Təhsil   Görüş  





Xəbər lenti