III qrupda ixtisasların sayı artırılacaq

 III qrupda ixtisasların sayı artırılacaq
  23 Dekabr 2020    Oxunub:2295
“Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisaslarının hazırda yer aldığı ixtisas qrupunun dəyişdirilməsi ilə bağlı Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin birgə hazırladığı qərar layihəsi müvafiq icra hakimiyyəti orqanlarına təqdim olunub.
Azvision.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Qeyd olunub ki, qərar layihəsində “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisaslarının ali təhsil müəssisələrindəki tədris planları və qəbul imtahanlarında ixtisas qruplarına aid olan fənlər üzrə tələb olunan bilik və bacarıqlar nəzərə alınaraq 2021-ci ildən etibarən II ixtisas qrupundan çıxarılaraq III ixtisas qrupunda yerləşdirilməsi nəzərdə tutulur.

Azvision.az



Teqlər: DİM   İmtahan  





Xəbər lenti